ain.az bildirir, Bizimyol portalına istinadən.
“12 günlük müharibədə İran İslam Cümhuriyyəti bütün içini üzə çıxardı. Millət gördü ki, bu hakimiyyətin zorakılıq etməkdən başqa əlindən heç nə gəlmir. Ham sosial şəbəkələrdə müharibəyə dair yazılar yazır, fikrini bildirir, hökümətə etiraz edir. Əhali deyir ki, “siz güclüyük deyirdiniz, amma 12 gün ərzində 40-dan çox komandanınız öldürüldü, nüvə alimləriniz yox edildi, nüvə bazalarınız məhv edildi, heç nə də edə bilmədiniz”. Hamı bu mövzuda yazır, etiraz edir, İran İslam Cümhuriyyəti də onları cəsus adı ilə həbs edir”.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, müxtəlif şəhərlərdə 700 nəfər həbs edilərək, cəsusluqda ittiham edilib.
Maşallah Rəzmi
“Bilirlər ki, İsrail onların iliyinə qədər nüfuz edib. İsrail bilirdi ki, İran komandanları hansı saatda, hardadır, həmin yerləri bombalayırdılar. İsrail bilirdi ki, Milli Təhlükəsizlik Şurasının iclası hansı binada keçirilir və iclasda kimlər var. İsrail elə həmin yeri bombalayırdı. İsrail İrana çox nüfuz edib. Amma burada ABŞ-ın da rolu da var idi. İsraillə ABŞ-ın əməkdaşlığı da göz önündədir. Yəni mümkün deyil ki, ABŞ-ın bir məlumatı olsun, İsrailə verməsin və yaxud silah yardımı etməsin”-deyə Maşallah Rəzmi qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.