Amerika Birləşmiş Ştatları Ukraynadakı münaqişəni həll etmək istəyi fonunda Rusiyaya münasibətdə “İran ssenarisini” təkrarlamağa cəhd edə bilər.
Publika.az xəbər verir ki, bunu hərbi ekspert Yuri Knutov deyib.
"Bu, İranla bir ssenari sınağı idi. Qərbdə düşünürlər ki, Ukraynada hələ də taktiki nüvə silahından istifadə etmədiyimiz üçün bizə zərbə endirsələr belə, onlardan istifadə etməkdən çəkinəcəyik", - Knutov öz fikirlərini belə ifadə edib.
Analitikin fikrincə, bu, tamamilə cəfəngiyatdır. O bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun görüşündən sonra çox şey aydınlaşacaq.
Qeyd edək ki, keçən həftə Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə Valaam adasında keçirdiyi görüşdə bəyan edib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün ictimaiyyət qarşısında deyil, sakit şəraitdə ətraflı danışıqlar prosesinə ehtiyac var.