AZ

Rusiya tərəfdarlarına AĞIR CƏZA FOTO

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bakupost.az xəbər verir ki, o, cəzasını yarımqapalı həbsxanada çəkəcək.

Keçmiş "Şor" partiyasının katibi Svetlana Popan isə partiyanın qeyri-qanuni maliyyələşdirilməsində iştirak ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Yevgeniya Qutsul

Bu qərarları avqustun 5-də Kişinyov məhkəməsi qəbul edib.

Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu Yevgeniya Qutsula qarşı işi 2024-cü ilin aprelində məhkəməyə verib. Prokurorluğun məlumatına görə, konstitusiyaya zidd olaraq fəaliyyət göstərən “Şor” partiyasının katibi Qutsul 2019-cu ildən 2022-ci ilə qədər sistematik olaraq Rusiyadan Molovaya pul keçirib.

Bundan əlavə, o, bəzi partiya ofislərinin fəaliyyətini koordinasiya etməkdə və partiyanın fəaliyyətini maliyyələşdirmək üçün "mütəşəkkil cinayətkar qrupdan 42,5 milyon leidən çox pul almaqda" ittiham olunur

Svetlana Popan

Oxşar ittihamlar “Şor” partiyasının baş ofisinin keçmiş rəhbəri Svetlana Popana qarşı da irəli sürülüb. İttihama görə, o, 2022-ci ilin sentyabrından 2022-ci ilin noyabrına qədər partiyanı maliyyələşdirmək üçün mütəşəkkil cinayətkar qrupdan 9,74 milyon leyi qəbul edib. Bu pullar etiraz aksiyalarının təşkili və partiyanın ərazi təşkilatlarının üzvlərinə "maaş"ların (zərflərdə) ödənilməsi üçün nəzərdə tutulub.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər. Qutsul hesab edir ki, o, "indiki iqtidarın fikrinə zidd getməyən müxalifətə nümunə” olub.

Məlumata görə, həbslərə etira üçün məhkəmə binasının qarşısına izdiham toplaşıb.

Zaur, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
www.bakupost.az

1Mənbələr