Yazını böyüt
Yazını kiçilt
Hindistanın Uttarkaşi bölgəsində baş verən güclü yağışlar fəlakətə səbəb olub. Leysan yağışlarından sonra yaranan güclü sel axını kəndləri su altında qoyub, yollar və evlər dağılıb.
Hafta.az xəbər verir ki, təbii fəlakət nəticəsində bir kənd tamamilə sel sularına qərq olub. Hazırda təxminən 50 nəfərin taleyindən xəbər yoxdur.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Rəsmilər vəziyyətin kritik olduğunu və itkinlərin sayının arta biləcəyini istisna etmirlər. /"Reuters"/