AZ

“Trampın qarşıdakı qərarı Ukrayna müharibəsində həlledici məqam ola bilər” ABŞ nəşri

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu həftənin sonunda Kremlə verilən ultimatum müddəti başa çatdıqdan sonra Donald Tramp indiyə qədərki ən mühüm qərarını verməli olacaq. 

Bu barədə "CNN" nəşri məlumat yayıb.

Məlumata görə, Trampın qarşısında iki yol var - ya o, Rusiyadan enerji idxal edən ölkələrə qarşı ciddi iqtisadi sanksiyalar tətbiq edəcək və bunun müqabilində ABŞ və müttəfiqləri müəyyən iqtisadi itkilərə razı olacaq, ya da öz nümayəndəsi Stiv Vitkoffun bu həftə Moskvaya planlaşdırılan səfərində sülh üçün irəli sürülə biləcək təklifləri dəyərləndirib vəziyyətdən çıxış yolu axtaracaq.

Məqalədə qeyd olunur ki, Tramp bu vaxta qədər hər bir dönüş nöqtəsində şəxsən qərar verib. Ancaq ABŞ prezidentliyi elə bir mövqedir ki, Tramp bu və ya digər problemi görməzdən gələ bilməz. Onun MAGA platforması Vaşinqtonun qlobal təsirini azaltmağı hədəfləsə də, prezident kimi o, təkcə uğurların deyil, həm də uğursuzluqların məsuliyyətini daşımalıdır.

"CNN"-in yazdığına görə, Ukrayna müharibəsi həm Trampın prezidentliyi, həm də 11 sentyabrdan sonrakı dövr üçün müəyyənedici bir münaqişədir. Müharibənin nəticəsi Avropanın təhlükəsizliyi və Çinin qarşıdakı onillik üçün hərbi planları üçün mühüm olacaq.

Məqalədə vurğulanır: “Çin Rusiyanın qalib gəlməsinə ehtiyac duyur. Avropa isə bunun fərqində olaraq silahlanır. Tramp da bu reallığı anlayacaqmı və riskli, çətin qərarları qəbul edəcəkmi – bunu gələn həftə biləcəyik”.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
6
azpolitika.info

6Mənbələr