AZ

Peskov: Rusiya lazım gəldikdə müvafiq addımlar atmaq hüququna malikdir

Rusiya daha orta və qısa mənzilli raketlərin yerləşdirilməsi məsələlərində heç nə ilə məhdudlaşdırılmayıb.

“Report”un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Rusiya lazım gəldikdə müvafiq tədbirlər görmək hüququna malikdir.

"Rusiyanın artıq bu məsələdə heç bir məhdudiyyəti yoxdur. Ölkə artıq özünü nə iləsə məhdudlaşdırılmış hesab etmir. Rusiya lazım gəldikdə müvafiq addımlar atmaq hüququna malik olduğunu hesab edir", - o qeyd edib.

Seçilən
26
4
report.az

5Mənbələr