GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kişinyov Rayon Məhkəməsi hökm çıxarıb.
Qutsulun vəkili onun məhkəmə zalından birbaşa cəzaçəkmə müəssisəsinə aparılacağını bildirib.
Qeyd edək ki, Qutsul Moldovada fəaliyyəti qadağan edilmiş Şor partiyasının maliyyələşdirilməsində və muxtariyyətdə 2024-cü ildə keçiriləcək seçkilər üçün seçki fondunun idarə edilməsi zamanı pozuntulara yol verməkdə günahkar bilinib.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.