AZ

ÜMT nin fotomüsabiqəsi üçün səsvermə başlayıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 5 avqust, AZƏRTAC

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) təqvim müsabiqəsi üçün səsvermə artıq açıqdır.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, ÜMT ekspertlərindən ibarət münsiflər heyəti dünyanın hər yerindən yüzlərlə müraciət arasından 75 finalçı (bu il ÜMT 75 illik yubileyini qeyd edir) seçib.

2026-cı il üçün ÜMT təqvimi hava, iqlim və su ehtiyatlarının insanlara və onların dolanışıq vasitələrinə həm müsbət, həm də mənfi təsirinə həsr olunub. Finalçıların işləri təbiətin gücünü və gözəl planetimizi insanların təsirindən qorumaq üçün təcili ehtiyacı əks etdirir.

Müsabiqənin təşkilatçıları deyirlər: “Təşkilatın üzvləri və geniş ictimaiyyət ÜMT-nin “Facebook”, “Instagram” və ya “Flickr” səhifələrini bəyənərək qalib fotoşəkilləri seçməkdə bizə kömək etməlidirlər”.

ÜMT münsiflər heyəti (fotoqraflar, meteoroloqlar, alimlər və rabitə ekspertləri) ictimai səsvermə, texniki və bədii ləyaqət və coğrafi balans əsasında 13 qalib haqqında yekun qərarı verəcək.

Qalib gələn fotoşəkillər 2026-cı ildə Ümumdünya Meteorologiya Gününün qeyd edilməsi ilə bağlı təbliğat tədbirlərində əsas yer tutacaq, habelə təşkilatın 2026-cı il təqvimində dərc olunacaq. Onlar, həmçinin Ümumdünya Meteorologiya Təşkilatının sosial media səhifələrində və ÜMT-nin internet saytında nümayiş etdiriləcək.

Alboma bu link vasitəsi ilə baxmaq olar: Flickr 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
azertag.az

1Mənbələr