Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 5 avqust, AZƏRTAC
Bizi iki komanda arasında maraqlı oyunlar gözləyir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Şimali Makedoniya millisinin sabiq futbolçusu Artim Şakiri "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə “Şkendiya” klubu ilə keçirəcəyi ilk oyun barədə danışarkən deyib.
Vaxtilə hər iki komandanın formasını geyinmiş veteran yarımmüdafiəçinin sözlərinə görə, Ağdam klubu görüşün favorit sayılsa da, şanslar bərabərdir: “Hər iki komandanın avrokuboklarda yaxşı təcrübəsi var. “Şkendiya” hər mövsüm beynəlxalq arenalarda çıxış edir. “Qarabağ” isə son illərdə Avropa səhnəsində böyük uğurlara imza atıb. Buna görə də Azərbaycan çempionu favorit sayılır”.
51 yaşlı mütəxəssis hər iki klubun onun üçün doğma olduğunu söyləyib: “Qarabağ”da futbolçu kimi çıxış etmişəm. “Şkendiya”da isə həm oyunçu, həm də baş məşqçi olmuşam. Hansı komandaya azarkeşlik edəcəyəm? Mənim üçün seçim etmək çətindir”.
Qeyd edək ki, Skopyedə yerləşən “Todor Proeski” stadionunda keçiriləcək “Şkendiya” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.