AZ

TENDER: Kartriclərin doldurulması və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətlərinin satınalınması

Finss.az - Tovuz Rayon Mərkəzi Xəstəxanası kartriclərin doldurulması və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edib. Tenderin ümumi dəyəri 6 525,40 manatdır.

Təkliflərin qəbulu 19 avqust 2025-ci il saat 17:30-dək davam edəcək və zərflərin açılışı həmin tarixdə eyni vaxtda həyata keçiriləcək. Satınalmaya HP və Canon markalı kartriclərin doldurulması, barabanlarının və maqnit valının dəyişdirilməsi daxildir.

Ümumilikdə 280 kartricin doldurulması, 140 baraban və 70 maqnit valının dəyişdirilməsi planlaşdırılır. Tenderdə iştirak etmək istəyən təchizatçılar 13,05 manat iştirak haqqı və 25 manat istifadə haqqı ödəməlidirlər.

Əlavə məlumat və sənədlərlə tanış olmaq istəyənlər Tovuz Rayon Mərkəzi Xəstəxanasının satınalma şöbəsinin müdiri Emin Müseyibovla əlaqə saxlaya bilərlər. Əlaqə üçün elektron poçt ünvanı [[email protected]](mailto:[email protected]), telefon nömrəsi isə +994 55 636 33 99-dur.

Seçilən
9
fins.az

1Mənbələr