AZ

Qəzzada 230-dan çox jurnalist öldürülüb

2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bu günə qədər 233 jurnalist və media işçisi həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə HƏMAS hərəkatının rəsmi nümayəndəsi İzzət ər-Rişk məlumat yayıb.

Ər-Rişkin sözlərinə görə, həyatını itirən media nümayəndələri yalnız Qəzza zolağında deyil, həmçinin İordan çayının qərb sahilində və Qüdsdə də İsrail qüvvələrinin törətdiyi hücumların qurbanı olublar.

O bildirib ki, İsrailin xarici jurnalistlərin Qəzzaya daxil olmasının qarşısını almağa yönəlmiş siyasəti həm mətbuat azadlığına ziddir, həm də media nümayəndələrinə qarşı törədilən cinayət kimi qiymətləndirilməlidir:

“Bu, İsrailin Qəzzada həyata keçirdiyi terroru və vəhşiliyi dünya ictimaiyyətindən gizlətmək cəhdidir”.

HƏMAS nümayəndəsi, həmçinin bir qrup beynəlxalq jurnalistin Qəzzaya daxil olmaq təşəbbüsünü alqışladığını və onların petisiya ilə çıxış edərək bölgəyə giriş tələbini dəstəklədiyini bildirib. Əl-Rişkin fikrincə, bu cür təşəbbüslər "Qəzzada baş verən dağıntıların, aclığın və gündəlik qətliamların" üzə çıxarılmasında mühüm rol oynayacaq.

Seçilən
5
1
operativmm.az

2Mənbələr