Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT konfransı çərçivəsində Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyanla görüşüb.
Operativ Media xəbər verir ki, məlumatı Gürcüstan Hökumət Administrasiyası yayıb.
Məlumata görə, görüşdə iki ölkə arasında mehriban qonşuluq münasibətləri, strateji tərəfdaşlıq, müxtəlif sahələrdə mövcud əməkdaşlıq və Cənubi Qafqaz regionunda baş verən proseslər müzakirə olunub.