Astana, 5 avqust, AZƏRTAC
Məhdud regional nəqliyyat əlaqələri dənizə çıxışı olmayan ölkələr üçün əsas problem olaraq qalır. Bu problem bir sıra iqtisadi çətinliklər, o cümlədən yüksək tranzit və ticarət xərcləri, habelə geosiyasi amillərə qarşı həssaslıq yaradır.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanda Birləşmiş Millətlər Təşkilatının Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransındakı çıxışında deyib.
Onun sözlərinə görə, Qazaxıstan tərəfdaşları ilə birlikdə regional əlaqəni gücləndirmək, rəqəmsal transformasiyanı inkişaf etdirmək və uzunmüddətli davamlı inkişafı təşviq etmək üçün əhəmiyyətli səylər göstərir.
O bildirib: “Biz Şimal-Cənub marşrutu və Orta Dəhliz boyunca nəqliyyat dəhlizlərinin və tranzit infrastrukturunun inkişafına üstünlük veririk. Bizim uzunmüddətli məqsədimiz dəmir yolu, avtomobil yolu, aviasiya və logistika mərkəzlərinin vahid şəbəkəsini yaratmaqdır. Bu, Qazaxıstanın Avrasiya tranzit qovşağı kimi mövqeyini gücləndirəcək. Bu, hazırda Asiya ilə Qazaxıstan arasında rəqəmsal yükdaşımalarının demək olar ki, 85 faizini təşkil edir. Biz, həmçinin rəqəmsallaşmaya da investisiya qoyuruq. Qazaxıstan Astanada “Alem.AI” süni intellekt Mərkəzini yaradıb və bu yaxınlarda superkompüter istifadəyə verib”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana