Rusiyanın hərbi qüvvələri Donetsk vilayətində yerləşən bir yaşayış məntəqəsini ələ keçirib. Bu barədə döyüş xəttindəki dəyişiklikləri izləyən DeepState analitik platforması məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu Avdeyevkanın şimal-qərbində yerləşən Novoselovka Vtoraya kəndinə nəzarəti tamamilə ələ keçirib. DeepState-in 5 avqustda yenilənmiş xəritəsində kəndin Rusiya qüvvələrinin nəzarətində olduğu göstərilib.
Platforma qeyd edir ki, bölgədə intensiv döyüşlər bir neçə həftə davam edib və Rusiya ordusu canlı qüvvə və artilleriya baxımından üstünlükdən istifadə edərək irəliləyib.
Hazırkı vaxtadək Ukrayna Baş Qərargahı bu məlumatı rəsmi olaraq təsdiqləməyib.
Xatırladaq ki, son günlər Donetsk vilayətinin digər istiqamətlərində – xüsusilə Kuraxovo və Toretsk ətrafında da Rusiya ordusunun fəallaşdığı bildirilir.
//Samir Qurbanov, Editor.az