AZ

Şahzadənin xərçənglə mübarizəsi: Görün neçə kilo arıqlayıb

Uels şahzadəsi Keyt Middlton remissiyada (xəstəliyin əlamətlərinin və simptomlarının azalması və ya yox olması) olduğunu elan etdikdən altı ay sonra arıq görünüşü ilə narahatlığa səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə "Radar Online" məlumat yayıb.

Nəşrin mənbələrinə görə, 43 yaşlı Uels şahzadəsi Keyt Middlton 175 santimetr boyu ilə 40 kiloqrama qədər arıqlayıb. İndi onun çəkisi 10 yaşlı qızı Şarlottadan azdır. Nəşr iddia edir ki, iyul ayında onun görünüşü görənləri şoka salıb.

"Keyt narahatedici dərəcədə arıqdır və insanlar bunun xərçəng müalicəsindən sağalmağın çətinliyi və ya hətta residiv (yox olub getmiş hər hansı bir xəstəliyin yenidən təkrar olunması) əlaməti olduğundan narahatdırlar", - deyə insayder qeyd edib.

Bildirilir ki, şahzadə, əvvəllər atlet olmasına baxmayaraq, iştahını və əzələ tonunu itirib.

Qeyd edək ki, saraydan onun vəziyyəti ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Seçilən
22
1
publika.az

2Mənbələr