AZ

Beynəlxalqgərginlikartmaqda davam edir- ÖZƏL

"Çağdaş dövrümüzdə "Fukididin tələsi"
"Fukididin  tələsi"  termini 2017-ci ildə  ABŞ politoloqu G. Allison tərəfindən işlədildi və populyarlaşdı. Qədim yunan tarixçisi Fukidid Afina ilə Sparta arasında baş vermiş Peloponnes müharibəsinin (e.ə. 5-ci əsr) səbəblərini izah etmək üçün bu termindən  istifadə edib.  O, əsaslandırırdı ki, Afinanın  yüksəlişi və güclənməsi  Spartada  qorxu yaradaraq müharibəni qaçılmaz etdi.  8 il əvvəl Çin lideri Si Cinp  Pekin və Vaşinqton arasında münasibətlərdə "Fukidid tələsi"ndən yayınmağın zəruriliyi barədə açıqlama vermişdi. 
8 ildə çox şey dəyişib və hazırda Rusiya-Ukrayna müharibəsinin nəticələri yenidən "Fukididin tələsi"ni gündəliyə gətirib". Olaylar xəbər verir ki, bunu siyasi şərhçi Zaur İbrahimov deyib: "ABŞ Prezidenti Trampın qəti xəbərdarlığının Çin və Hindistanda qulaqardına vurulması, prezident Putinin müharibəni davam etdirmək qərarlılığı, NATO-nun güclənməsi, İsrail-İran müharibəsi, Təl-Əvivin aqresiv siyasətinə ara verməməsi bunu deməyə əsas verib. Zamanında buraxılmış səhvlər elə şərtlərə səbəb  olub ki,  Rusiya, Çin, İran, İsrail, Hindistan, Ukryana, Britaniya, Avropa İttifaqı, Türkiyə tərəfindən mövcud münaqişlər və müharibələrlə əlaqədar hər hansı əhəmiyyətli güzəştə gedilməsi   tam məğlubiyətə, təslimiyyətə yol açacaq amil kimi dəyərləndirilir. Bilavasitə və dolayısı ilə münaqişə və müharibə tərəfləri hər hansı güzəşti  tam  geri çəkilmək kimi dəyərləndirir və hesab edir ki, bu addım yaxın gələcəkdə straeteji məğlubiyyəti qaçılmaz edəcək. Ukraynada hesab edirlər ki, indi Putinin şərtlərini qəbul etmək suverenylyin tam itirilməsi ilə nəticələnəcək. İranda da qəti mövqe var ki, nüvə məsələsində İsrailin şərtlərini qəbul etmək ölkənin müstəqil xarici siaysət yürütmək imkanından mərhrum edəcək və daxildə sitemi tam dəyişə bilər. Çin və Hindistan açıq bəyan edirlər ki, onların güzəşti ABŞ-ın hegemonluğunun güclənməsi demək olacaq və onlara qarşı təzyiqlər durmadan artacaq. Britaniya və Aİ-nin yanaşmasına görə, Moska qalib gəlsə yenidən Stalin siyasəti qayıdacaq və Avropa təhdid altınada qalacaq. Ruslar obrazlı ifadə etsək xərac alacaqlar.  Ruslar isə hesab edirlər ki, qələbəyə qədər döyüşməsələr Qərb yaxın gələcəkdə asanlıqla Rusiyanı asılı vəziyyətə salacaq. Çin üçün Rusiyanın məğlubiyyəti strateji təhdid yaranması deməkdir, Qərb tam gücünü Pekinə qarşı yönəldəcək. Rusiyanın qələbəsini isə Qərbdə Şərq blokunun güclənəcəyi və artıq onların diktə etmək imkanın yaranması kimi dəyərləndirirlər. Buna görə tərəflər esakalasiyanı artırırlar və hesab edirlər kİ, qarşı tərəf dözməyərək güzəştə gedəcək. "Fukididin tələsi" belə yaranır. Bu isə III Dünya Müharibəsinə yol açır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
1
olaylar.az

3Mənbələr