TBİLİSİ, 5 avqust. TELEQRAF
“Ermənistan və Azərbaycanın sülh sazişi üzrə danışıqların başa çatması ilə bağlı birgə bəyanatı bu istiqamətdə irəliyə doğru atılmış mühüm addımdır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla Türkmənistanda “Dənizə çıxışı olmayan ölkələrin III Konfransı” çərçivəsində keçirdiyi görüşdə deyib.
Görüşdə Cənubi Qafqazda sülhün və sabitliyin xüsusi əhəmiyyəti vurğulanıb. İ.Kobaxidze Gürcüstan hökumətinin dialoqu təşviq etməklə bölgədə davamlı sülh və sabitliyi təmin etməyə hazır olduğunu bir daha təsdiqləyib.
Tərəflər Gürcüstan və Ermənistan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri, müxtəlif sahələrdə uğurlu əməkdaşlığı, həmçinin regionda gedən prosesləri də müzakirə ediblər.