AZ

“Liverpul” Uill Raytı heyətinə qatdı

“Liverpul” 17 yaşlı ingilis mərkəz hücumçusu Uill Raytı “Salford Siti”dən tamhüquqlu əsasda “qırmızılar”ın heyətinə qatıb.

Arena.az bu barədə “Liverpul”un mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçidin maliyyət tərəfi haqda məlumat açıqlanmayıb.

Uill Rayt “Salford Siti”nin məzunudur. Yeniyetmə futbolçu “Liverpul”un müvafiq yaş üzrə komandasında oynayacq və özünü doğruldarsa, “qırmızılar”ın əsa komandasına qoşulacaq.

Geridə qalmış mövsümdə böyük futbolda ilk mövsümünü keçirmiş Rayt “Salford Siti” üçün 4 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Rayt milli komandaya cəlb edilməyib, həmçinin futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 17 yaşlı ingilis mərkəz hücumçusunun transfer dəyətini hələ müəyyənləşdirməyib.

Seçilən
3
arena.az

1Mənbələr