AZ

Türkiyə 2025-ci ilin ilk yarısında turizm göstəricilərində davamlı artım qeydə alınıb

Bu ilin yanvar–iyun ayları ərzində Türkiyəni 26 milyon 388 min 831 nəfər ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artım deməkdir.

Finss.az xəbər verir ki, ilin ilk altı ayında ölkənin turizm gəlirləri 25,8 milyard ABŞ dollarına çatıb və bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz yüksəlib.

2025-ci ilin ilk yarısında Türkiyəyə gələn xarici turistlər ölkədə orta hesabla 10 gecə qalıblar ki, bu da ötən illə müqayisədə cəmi 0,9 faiz azalma deməkdir.

Lakin adambaşına gündəlik xərclər 106 ABŞ dolları təşkil edib və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb.

BMT-nin Turizm üzrə Təşkilatının 2024-cü il məlumatına əsasən, dünyanın dördüncü ən böyük gələn turist bazarına sahib ölkəsi olan Türkiyə, 2025-ci ilin ilk 6 ayına dair turizm sektorundakı nəticələrini açıqlayıb. İstanbulda keçirilən mətbuat konfransında təqdim olunan rəqəmlər ölkənin əsas turizm göstəricilərində davamlı artım əldə etdiyini göstərib.

Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, 2025-ci ilin ilk yarısında ölkə 26 388 831 beynəlxalq ziyarətçi qəbul edib. İlin ilk 6 ayında 1 faizlik artım qeydə alınıb. Eyni dövrdə turizm gəlirləri 25,8 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 7,6 faiz çoxdur. 26,4 milyon beynəlxalq ziyarətçi Türkiyədə orta hesabla 10 gecə qalıb və adambaşına gecəlik orta xərcləri 106 ABŞ dolları olub. Bu göstərici ötən illə müqayisədə 8 faiz artım deməkdir.

Nazir qeyd edib: “İlin ilk yarısında baş verən bir sıra geosiyasi çətinliklərə baxmayaraq, Türkiyə turizm sektorunda davamlı inkişafını sürdürür. Məkanların, turizm məhsullarının və hədəf bazarların şaxələndirilməsinə yönəlmiş strateji yanaşmamızın effektivliyi artıq öz təsdiqini tapır. Bu mürəkkəb şəraitdə belə, biz əsas göstəricilərdə, xüsusilə də gəlirlər sahəsində artımı müşahidə edirik. Qarşıdakı altı aya baxdıqda əminik ki, ilin sonuna qədər 64 milyard ABŞ dolları həcmində turizm gəliri hədəfimizi reallaşdıracağıq.”

İlin ilk altı ayında Türkiyəyə ən çox turist göndərən üç əsas bazar Rusiya Federasiyası olub – 2,61 milyon ziyarətçi ilə; ikinci sırada Almaniya – 2,42 milyon ziyarətçi; üçüncü pillədə isə Birləşmiş Krallıq – 1,75 milyon ziyarətçi ilə qərarlaşıb. Bundan əlavə, Türkiyə Amerika qitəsindən, bir sıra Avropa ölkələrindən, Orta Asiya və Asiya–Sakit okean regionlarından gələn ziyarətçilərin sayında da ikirəqəmli artım qeydə alıb.

Seçilən
7
15
fins.az

10Mənbələr