Rektor univeristeti seçən gəncə tşəkükr etdi
“Hüseyn Əbdürrəhimov mövcud qaydalara əsasən müsabiqədənkanar qaydada Qarabağ Universitetinə qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə müraciət edib. Hüseyn Qarabağ Universitetində “Tarix” ixtisası üzrə təhsil almaq istəyir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu universitetin rektoru Şahin Bayarmov deyib.
O bildirib ki, Hüseyn Mingəçevir şəhər 20 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunudur:
“Respublika Fənn Olimpiadalarında (RFO) 2 dəfə (2022/2023, 2023/2024) tarix fənni üzrə Qızıl medal qazanıb. RFO-nun ikiqat qızıl medalçısı olan Hüseyn Əbdürrəhimovu, onun müəllimlərini və valideynlərini təbrik edir, Qarabağ Universitetini seçdiyinə görə yüksək intellektli gəncimizə təşəkkürümüzü bildirir, ona tələbəlik illərində daha böyük uğurlar arzulayırıq.
RFO-da iki dəfə Qızıl medal qazanan gəncin Qarabağ Universitetini seçməsi bizi qürurlandırır!”
Xəzər
“Cebheinfo.az”