AZ

"Qarabağ" "Şkendiya"ya qalib gəlmək üçün nə etməlidir? - RƏY

Bu gün “Qarabağ" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək. Azərbaycan çempionu Şimali Makedoniyada yerli "Şkendiya" komandası ilə üz-üzə gələcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan idman jurnalisti Kənan Məstəliyev bildirdi ki, "Qarabağ"ın bugünkü oyunu həqiqətən də vacib matçdır.

“Çünki bu, Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən matçdır. Rəqib "Şkendiya"dır. Şimali Makedoniya çempionudur və bura qədər heç də təsadüfi gəlməyib və əsasən də son turda, bundan əvvəlki turda Rumıniyanın "Styava" kimi çox güclü köklü klubunu məğlub edərək bu mərhələyə qədər gəlib çatıblar. Ona görə də bu rəqibi çox ciddiyə almaq, ciddi qiymətləndirmək lazımdır.

Praqmatik futbol oynayan komandadırlar, yəni nəticəyə uyğun olaraq oynayırlar. Yəni lazım olanda pressinq edə bilirlər, lazım olanda müdafiəyə otura bilirlər, yəni oyunun gedişatına uyğun olaraq oynayırlar və bu komandalara adətən "Qarabağ" kimi klublat bu cür topu vurmaqda çətinlik çəkir. Çünki müdafiədən oynayanda "Qarabağ"ın oyun tərzində müəyyən dəyişikliklərin edilməsinə gətirib çıxarır. "Qarabağ" başqa cür oynamağa, öz klassik oyun stilindən imtina etməyə məcbur olur”.

Müsahibimizin sözlərinə görə, "Şkendiya" klubunun yaxşı oyunçuları var, məşqçiləri də təzədir, komandanı çempion etmiş məşqçidir və ümumillikdə motivasiyalıdırlar.

Kənan Məstəliyev Qurban Qurbanovun fikirlərinə diqqət çəkərək qeyd etdi ki, onlar üstünlüyə malikdirlər. Bu üstünlük meydança amili olaraq qeyd oluna bilər. Çünki evdə, doğma azərkeşləri qarşısında oynayacaqlar. Belə olanda həmişə istənilən komanda ən azından motivasiya baxımından üstün tərəf olur. Amma reallığı götürəndə "Qarabağ" rəqibindən çox güclüdür.

“Qarabağ"ın uzun illərdir Avrokubok təcrübəsi var. "Qarabağ" Konfrans Liqası, Avropa Liqası, hətta Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Böyük komandalarla oynamaq, onlara qalib gəlmək təcrübəsi var. Qurban Qurbanovun da təcrübəsinə söz yoxdur. Yəni "Qarabağ" daha güclü, yaxşı komandadır və "Şkendiya" cəmi elə bu il Avrokuboklarda tarixində ən böyük uğuruna imza atıb, artıq Konfrans Liqasının qrupunu təmin eləyib. Yəni qısası, "Qarabağ" daha yaxşı komandadır və hətta səfərdə də bu komandaya" Şkendiya"ya qalib gələ biləcək bacarığa malikdir.

Mən düşünürəm ki, oyunun tempi və gedişatı "Qarabağ"ın istədiyi formada olarsa, hətta biz səfər görüşündən də, elə bu görüşdən də böyük hesablı qələbə ilə qayıda bilərik. Burda "Şkendiya" ilə qarşılaşmalarda rəqibin oyun tərzi yox, "Qarabağ"ın oyuna hazırlığı əsas rol oynayacaq. Çünki "Qarabağ"ın yeni transferləri var, yaxşı futbolçulardır, amma onların adaptasiya, uyğunlaşma prosesi vaxt aparır. Yəni hələ də komandaya uyğunlaşa bilməyiblər. Komanda öz oyun formasını tam da bərpa eləyə bilməyib. Optimal formaya yaxın oyun oynanılarsa, "Qarabağ" bu oyunu rahatlıqla qalib gələcək və cavab görüşü hansı ki, bir həftədən sonra Bakıda olacaq, cavab görüşü öncəsi böyük üstünlük əldə edə bilər”,- deyə  idman jurnalisti vurğuladı.

Seçilən
0
operativmm.az

1Mənbələr