AZ

“Siti” Rodri ilə müqaviləni uzatmaq istəyir


İngiltərənin “Mançester Siti” klubu ispaniyalı yarımmüdafiəçi Rodriyə 2029-cu ilin iyununa qədər yeni müqavilə təklif etməyə hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkə hesabında məlumat dərc edib.
Məlumata görə, 29 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Onun sözlərinə görə, Rodri norveçli hücumçu Erlinq Holandan sonra ən çox maaş alan ikinci futbolçu ola bilər.
Digər tərəfdən, “Mançester Siti” yeni müqavilə təklif etməklə Rodriyə etimad göstərdiyini nümayiş etdirmək istəyir.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi 2019-cu ildən İngiltərədə çıxış edir. O, keçən mövsüm bütün yarışlarda 8 oyun keçirib və bir məhsuldar ötürmə edib. Rodri çarpaz bağın yırtılması ilə əlaqədar demək olar ki, bütün mövsümü buraxıb.
Seçilən
75
1
yeniavaz.com

2Mənbələr