AZ

Avropa İttifaqı Çinə qarşı yeni sanksiyalar hazırlayır – səbəb: Rusiyaya dəstək

Avropa İttifaqı (Aİ) Çinin Rusiyaya pilotsuz uçuş aparatları üçün mühərriklər göndərməsinə cavab olaraq Pekinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu barədə Politico nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Çin bu mühərrikləri Aİ sanksiyalarından yayınmaq üçün sənədlərdə “sənaye soyuducu sistemləri” kimi qeyd edərək Rusiyaya göndərib. İyul ayında yayımlanan Reuters araşdırmasından sonra bu təchizat sxemləri ifşa edilib.

Məlumata görə, Avropada azı 15 ölkə bu iddialarla bağlı Pekindən izahat tələb edib, lakin Çin ya cavab verməyib, ya da özünü məsuliyyətdən kənarda göstərib.

Aİ-nin yüksək rütbəli rəsmiləri bildiriblər ki, Çin Rusiyanı həm sayca, həm də keyfiyyət baxımından getdikcə daha çox dəstəkləyir: “Əgər Çin bu qədər kömək etməsəydi, Ukraynadakı müharibə tamam başqa cür olardı”.

Gözlənilir ki, Brüssel Pekinə qarşı bu yeni sanksiya paketini 2025-ci ilin avqustundan sonra rəsmiləşdirəcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr