Moldova prokurorluğu xanım Qutsul üçün 9 il istəmişdi. Korrupsiyaya qarşı mübarizə prokurorluğunun məlumatına görə, muxtariyyət rəhbəri partiyanı maliyyələşdirmək üçün sistemli şəkildə Rusiyadan pul alıb.
Lakin Qaqauziya muxtariyyətinin lideri bu ittihamları və cinayət işini uydurma adlandırıb.
Xatırladaq ki, Yevgeniya Qutsul martın 25-də İstanbula uçmazdan əvvəl Kişineu hava limanında saxlanılıb. Bir neçə gün sonra o, nəzarət altına götürülüb. Apreldə siyasətçi ev dustaqlığına köçürülüb. Qaqauziya rəhbəri daha əvvəl bildirmişdi ki, Moldova hakimiyyəti ona cinayət təqibinin başa çatması müqabilində vəzifəsindən getməyi təklif edib.
Yevgeniya Qutsul 2023-cü ilin martında “Şor” partiyasından Qaqauziyanın rəhbəri (başkanı) vəzifəsinə namizəd kimi qeydə alınıb. Onda Rusiyanın estrada artistləri Filipp Kirkorov, Nikolay Baskov və Stas Mixaylov xalqı ona səs verməyə çağırmışdılar. Rusiyanın Libera-Demokratlar Partiyasının (LDPR) rəhbəri Leonid Slutski xanım Qutsulu “gələcək başkan” adlandıraraq dəstək vəd etmişdi.
2023-cü ilin mayında isə Yevgeniya Qutsul seçkilərin ikinci turunda qalib gəlib.
— Newsfeed (@Newsfeed883920) August 5, 2025
Sahil İsgəndərov
AzVision.az