Yaponiyada iyulun 28-dən avqustun 3-dək ölkədə başlayan istilər səbəbindən 9,5 mindən çox insan isti vurması ilə təcili xəstəxanalara aparılıb, onlardan 18-i dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkədə təcili yardım funksiyasını yerinə yetirən Yanğından Mühafizə İdarəsi məlumat yayıb.
Bu insanlardan 225 nəfər üç həftədən çox ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Günvurmadan əziyyət çəkənlərin demək olar ki, 58%-i 65 yaşdan yuxarı insanlardır.
İyun ayından Yaponiyada həddindən artıq isti hava hökm sürür. İsesaki şəhərində avqustun 5-də kölgədə 41,8 dərəcə isti qeydə alınıb. Bu, 19-cu əsrin ikinci yarısından başlayaraq ölkədə hava şəraiti ilə bağlı aparılan elmi müşahidələrin bütün dövrü üçün mütləq rekorddur.