AZ

“MƏTBUATIN DOSTU” MÜKAFATININ TƏQDİMATI

Milli dirçəliş, milli məfkurə, xalqın maarifçiliyi həmin millətin kimliyi, millətlər içərisində var olduğunun mövcudluğudur. Qloballaşan dünyada qlobal informasiya məkanında Azərbaycan mətbuatı da xüsusi önəm kəsb edir. Təməli 150 il bundan qabaq Həsən Bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımız bu gün daha da inkişaf edərək dövlət və dövlətçiyimiz yolunda vacib olan prioritet məsələləri dünya informasiya məkanına çatdıraraq öz sözünü deyir.

Sevindirici haldır ki, böyük təntənə və qürur hissi ilə hər il dövlət və müxtəlif təşkilatlar tərəfindən Həsən Bəy Zərdabi ocağına yığışılaraq Milli Mətbuatımız böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Milli Mətbuatın 150 illik yubileyi münasibətilə növbəti dəfə paytaxtda təntənəli mərasim keçirilib.

“Oxu məni.az” saytı xəbər verir ki, ötən gün “Mətbuatın dostu” Müstəqil Milli Mükafatının təqdimat mərasimi “Simfoniya Hall”da baş tutub. Təcrübəli televiziya simaları Sədaqət Rəşidqızı və Zabir Əliyevin aparıcılığı ilə baş tutan tədbir “Mətbuat” firması tərəfindən təşkil olunub.

Yubiley tədbiri çərçivəsində ölkənin media sahəsində tanınmış 50-yə yaxın peşəkar jurnalist və ictimaiyyət nümayəndəsi diplom və hədiyyələrlə təltif olunub. Tədbirin baş sponsoru “İrşad” mağazalar şəbəkəsi olub. Eyni zamanda “Parla Akademiya”, “Simfoniya Hall”, “Hind Hospital”, “İlğım”, “Züleyxa Parfum”, “Jalə”, “Badamlı” və “Milenium” brendləri layihəyə sponsorluq və təşkilatı dəstək göstəriblər.

Mükafata layiq görülən şəxslər sırasında millət vəkili Hikmət Babaoğlu, əməkdar jurnalist Etibar Babayev, radio və televiziya simaları, o cümlədən jurnalistlər — Rüstəm Əliyev, İlhamiyyə Rzayeva, Rahib Azəri, Samirə Səfərəliyeva, Könül Həbibqızı, Səidə Bəkirqızı, Günel Gözəlova, Vüqar İmanov, Fuad Mədətov, Günel Şahmalıqızı Hacıbəy Heydərli, Benyamin Büyatzadə, Peyman Sadiqov, Zəminə Rüstəmov, Tahirə Məmmədqızı, Zümrüd Güləliqızı və digər tanınmış şəxslər yer alıb.

Tədbirə xüsusi ovqat qatan sənətçilər də unudulmayıb. Xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Fərqanə Qasımova və muğam ifaçısı İlkin Dövlətov “Mətbuatın dostu” mükafatına layiq görülüblər.

İsa Rəvan

Seçilən
7
1
oxumeni.az

3Mənbələr