AZ

Azad olunmuş ərazilərdə yeni avtostansiyalar tikiləcək

Bakı.Trend:

Hazırda Azərbaycanda 32 avtovağzal və 15 avtostansiya fəaliyyətgöstərir. Onların sayının artırılması istiqamətində işlərgörülür.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan YerüstüNəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, bu ilin mayında Ağdam Dəmir Yolu və AvtovağzalKompleksinin açılışı olub:

"Həmçinin, Xankəndi şəhərində avtovağzalın, Şuşa, Cəbrayıl,Laçın, Kəlbəcər, Füzuli şəhərlərində avtostansiyaların tikintisiplanlaşdırılır. Yardımlı, Lerik rayonlarında isə tikintisiplanlaşdırılan avtostansiyaların yerləri müəyyən olunub".

Məlumatda bildirilib ki, regionlardakı avtovağzal vəavtostansiyaların texnoloji iş prosesinə nəzarət AYNA tərəfindənhəyata keçirilir:

"Avtovağzal və avtostansiyalarda xidmət keyfiyyətininartırılması istiqamətində müvafiq işlər görülür. Müştəriməmnuniyyətinin təmin edilməsi məqsədilə avtovağzal vəavtostansiyalar mərhələli qaydada “biletim.az” portalınainteqrasiya olunur.

Qeyd edək ki, bu ilin 6 ayı ərzində “biletim.az” portalıvasitəsilə onlayn qaydada 337,321 bilet əldə edilib. Bu, ötən ilinmüvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur. Bu da onun barizgöstəricisidir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamıartmaqdadır.

“Biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrəbilet almaq mümkündür. Onlayn bilet satışı sistemi bütünavtovağzalları əhatə edəcək.

Xatırladaq ki, mülki növündən və tabeliyindən asılı olmayaraqavtovağzallara və avtostansiyalara dair tələblər NazirlərKabinetinin 5 fevral 2009-cu il tarixli 22 nömrəli qərarı ilətəsdiqlənən “Avtovağzallar və avtostansiyalar haqqında Əsasnamə”ilə müəyyən edilir".

Məqalədə:
Seçilən
4
10
az.trend.az

10Mənbələr