AZ

Bu sənədi imzalamaqdan imtina etdi, ara qarışdı: "Barselona"da nə baş verir?

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen belindən keçirdiyi əməliyyatdan sonra La Liqanın tibbi komissiyası üçün zədəsi ilə bağlı sənədi imzalamaqdan imtina edib.

Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin yazdığına görə, almaniyalı qolkiper klubun hazırladığı və zədəsinin ciddiliyini təsdiqləyən hesabatı imzalamaq istəməyib. Halbuki bu sənəd La Liqanın tibbi komissiyası tərəfindən təsdiqnlənsəydi, bərpa prosesi dörd aydan çox çəkəcəyi təqdirdə "Barselona" yayda "Espanyol"dan transfer etdiyi qapıçı Joan Qarsiyanı rəsmi şəkildə qeydiyyatdan keçirə bilərdi.

Ter Ştegenin klubla əməkdaşlıqdan imtina etməsi "Barselona" rəhbərliyinin sərt reaksiyasına səbəb olub. "Barsa" artıq öz hüquqşünaslarına müraciət edərək, 33 yaşlı futbolçuya qarşı daxili intizam işi açıb və ona qarşı sanksiya tətbiq etməyə hazırlaşır.

Seçilən
63
publika.az

1Mənbələr