AZ

Rusiyada 129 şəhər yox olacaq

Rusiyada 129 kiçik şəhər yox olma təhlükəsi ilə üz-üzədir. Bu şəhərlərdə ümumilikdə 3,4 milyon nəfər yaşayır.

Bizim.Media “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının (RANXiGS) tədqiqatında qeyd olunub.

Alimlərin məlumatına görə, son 10 ildə adıçəkilən şəhərlərdə əhali sayı 314 min nəfər azalıb.

Əhalinin azalması ilə yanaşı, bu yaşayış məntəqələrində məşğulluğun səviyyəsi və kiçik və orta biznesin nümayəndələrinin sayı da aşağı düşüb.
 

Ən çox azalma ölkənin şimalında yerləşən kömür, metallurgiya və meşə sənayesi şəhərlərində, eləcə də depressiv regionların ucqar ərazilərində qeydə alınıb.


Prezident Akademiyasının İnkişaf İqtisadiyyatı Tədqiqatları laboratoriyasının rəhbəri Stepan Zemtsovun sözlərinə görə, belə şəhərlər bir neçə nəsil ərzində tədricən kiçilə bilər və bu prosesi dayandırmaq hər zaman mümkün olmur.

“Əgər yeni iqtisadi stimullar – məsələn, logistika axınlarının yenidən bölüşdürülməsi, sənaye və ya aqrosənaye klasterlərinin yaradılması, turizm və ya lokal istehsalın bərpası kimi investisiya layihələri meydana çıxsa kiçik şəhərlər öz itirilmiş funksiyalarını bərpa edə bilər”, – deyə Zemtsov bildirib.

Bizim.Media

Seçilən
1
bizim.media

1Mənbələr