AZ

Şahzadənin hamının içərisində əmisini döydüyü iddia edilir - FOTO

İngiltərə kralı Çarlzın kiçik oğlu Şahzadə Harrinin (40) əmisi Şahzadə Endryu (65) döydüyü iddia edilir.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə şahzadə Endryu haqqında yazılan "The Rise and Fall of the House of York" adlı kitabda aşağıdakı ifadələr yer alır:

“2013-cü ildə Britaniya kral ailəsinin toplantısında dava Harrinin əmisi Endryuya qorxaq deməsi ilə başladı. endryunun harrinin arxasıyca dediyi bir neçə sözə görə yumruqlar havada uçuşdu. Harri əmisini döyüb onun burnunu qanatdı. 2018-ci ildə Endryu Harriyə Meqan Marklla evlənməyin dəlilik olduğunu və evliliklərinin bir aydan çox davam etməyəcəyini söylədi”.

Şahzadə Harrinin sözçüsü isə kitabdakı bu iddiaları təkzib edib.

Qeyd edək ki, Endryu 2019-cu ildə həbsxanada ölü tapılan qadın istismarı şəbəkəsinin qurucusu Cefri Epşteyn ilə münasibətinə görə krallıq və hərbi titullarını 2021-ci ildə itirib.

Billurə

Seçilən
31
1
olke.az

2Mənbələr