AZ

Baş məşqçi özünə bir köməkçi də götürdü - YENİ TƏYİNAT

«Şamaxı»da yeni məşqçi təyinatı olub. Əyyub Əliyev bundan sonra «şirlər»in uğurları üçün çalışacaq.

Komandanın çalışdırıcısı Ayxan Abbasov onu qapıçılar üzrə köməkçi vəzifəsinə götürüb.

Ə.Əliyev «Şəfa»nın keçmiş baş məşqçisi Nadir Əliyevin oğludur. O, ötən mövsüm «Qarabağ» və «Difai»də işləyib.

Beləcə, Şirvan təmsilçisinin qapıçılar üzrə məşqçilərinin sayı ikiyə çatıb. Sadəcə, Kamil Qafarov həm də U-21 yığmasında fəaliyyət göstərdiyindən, Ayxan Abbasov belə bir seçim edib.

SPORTİNFO.AZ

Seçilən
14
sportinfo.az

1Mənbələr