Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldovada Qaqauziya rəhbəri Yevgeniya Qutsulun 7 il həbs cəzasını siyasi motivli qərar adlandırıb.
Viral.az/” target=”_blank”>Viral.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Siyasi motivli qərar. Bu, seçki kampaniyası zamanı siyasi opponentlərə açıq və faktiki olaraq qeyri-qanuni təzyiq göstərmək cəhdlərinin nümunəsidir. Biz Moldovada müxalifətin necə sıxışdırıldığını görürük. İnsanlar öz istədiklərinə səs vermək imkanından məhrum edilirlər. Moldovada demokratiya normaları tapdalanır”, – Kreml sözçüsü bildirib
Son Yazılar:
- Kreml Qutsulun həbsinə münasibət bildirdi
- Qaqauziya rəhbəri 7 il müddətinə azadlıqdan məhrum edildi
- Uqanda 2 milyona yaxın qaçqını qəbul edəcək
Xatırladaq ki, Kişinyov məhkəməsi Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu müxalif “Şor” partiyasının maliyyələşdirilməsində qanun pozuntusu ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edib .