AZ

Sabiq "Qalatasaray"lı İraq klubunda

style='margin-bottom:10px;'>

"Qalatasaray"ın sabiq futbolçusu Sofian Fequli karyerasını İraqda davam etdirəcək.

QOL.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi "Amanat Bağdad"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Sofia Fequli 2017-2022-ci illərdə "Qalatasaray"da çıxış edib və 126 oyuna 25 qol vurub. Onun son klubu 2024-cü ilin yayında ayrıldığı "Fatih Karagümrük"  (Türkiyə) olub.

Seçilən
13
1
teleqraf.com

2Mənbələr