AZ

Almanları çoxu ölkəni qorumaq istəmir | VİDEO

AzVision.az xəbər verir ki, “Forsa” sosiologiya institutunun keçirdiyi sorğunun avqustun 4-də RedaktionsNetzwerk Deutschland (RND) media qrupunda dərc olunan nəticələri bunu göstərir.

Sosioloqlar iyulun 28-dən 29-dək 1002 nəfər - həm kişilər, həm də qadınlar arasında sorğu keçiriblər.“Hücum olarsa, Almaniyanı əlində silahla müdafiə edərdinizmi?” sualına yalnız 16% “sözsüz ki, bəli” cavabını verib. 22% bunu “mümkün” sayıb, 59% respondent “çox güman ki, yox” və ya “heç də yox” cavabını verib.

Kişilər arasında rəyi soruşulanların 46%-i, qadınlar arasında isə 72%-i ölkəni müdafiə etmək niyyətində deyil. Yaş qruplarında müdafiə etmək istəməyənlərin ən çoxu (68%) 60 yaşdan yuxarı olanlardır. Partiya tərəfdarlarına gəldikdə Sol Partiyanın seçiciləri çoxluq (71%) təşkil edir.

“Yaxın 5 ildə Almaniyanın hərbi hücuma məruz qalma ehtimalı nə dərəcədədir?”sualına respondentlərin 72%-i “yox” cavabını verib. Yalnız 27% bunu ehtimal edir. Eyni zamanda, 59% Almaniyanın başqa bir NATO üzvünə hərbi yardım göstərməli olacağını düşünür. Rəyi soruşulanların39%-i üçün bunun az ehtimal edilən ssenari sayır.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
25
2
azvision.az

3Mənbələr