Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, husilər İsrailin Ben Qurion hava limanını yenidən vurublar. Aeroporta "Fələstin 2" hipersonik ballistik raketi ilə zərbə endirilib. Bu barədə Yəməndəki husilərin təmsilçisi Yəhya Saria "Al Masirah" telekanalının efirində məlumat verib.
Yəhya Saria əməliyyatın məqsədlərinə uğurla nail olunduğunu vurğulayıb. O əlavə edib ki, zərbənin nəticələrindən biri də İsrailin əsas hava limanında əməliyyatların dayandırılmasıdır.
Bundan əvvəl İsrail ordusu Yəməndən atılan raketin ələ keçirildiyini bildirmişdi. Dağıntı və tələfat barədə məlumat verilməyib.
Hürr Tərcüman