“Qalatasaray” rusiyalı qapıçı Matvey Safonovun transferi ilə bağlı PSJ rəhbərliyi ilə danışıqlara başlayıb, “Gala Ajans” jurnalist Süleyman Rodopun “X” sosial şəbəkələrinə istinadən xəbər verir.
Mümkün transferin təfərrüatları verilmir.
Daha əvvəl bildirilmişdi ki, Paris klubu “Lill”dən Lük Şevalyeni transfer etmək istəyir, ona görə də Safonov komandanı tərk edə bilər. Həmçinin jurnalist Yağız Sabunçoğlu PSJ-nin Safonovun xidmətini "Qalatasaray"a təklif etdiyini bildirib. Qeyd olunub ki, İstanbul klubu "Mançester Siti"nin qapıçısı Edersonun və ya eyni səviyyəli digər qapıçının transferi ilə bağlı razılığa gələ bilməsələr, parislilərin təklifini nəzərdən keçirəcək.
Safonov 2024-cü ilin yayında Krasnodardan PSJ-yə keçib və 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.Transfermarkt oyunçunun dəyərini 20 milyon avro qiymətləndirir.
Almaz Həsənli