AZ

İyundamərkəzi banklar 22 ton qızıl alıb – ən böyük alıcı Özbəkistandır

BAKI, 5 avqust. TELEQRAF

Bu ilin iyun ayında dünya üzrə mərkəzi banklar təxminən 22 ton qızıl alıblar.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (World Gold Council, WGC) hesabatında qeyd edilib.

Hesabatda bildirilib ki, 2025-ci ilin ilk yarısında mərkəzi banklar ümumilikdə 123 ton qızıl tədarük ediblər. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 ton azdır.

İyun ayında əsas alıcı Özbəkistan olub – ölkənin Mərkəzi Bankı 9 ton qızıl alıb. Qazaxıstan da ehtiyatlarını 7 ton artırıb. Çexiya, Türkiyə və Çin mərkəzi bankları isə hər biri 2 ton qızıl tədarük edib.

Dünya Qızıl Şurasının məlumatına əsasən, iyun ayında qızıl satan yeganə ölkə Sinqapur olub – ölkənin tənzimləyici orqanı 6 ton qızıl satıb.

Seçilən
15
teleqraf.com

1Mənbələr