Türkiyə Kosmik Agentliyinin rəhbərliyi ilə Somalidə kosmik baza yaradılır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, baza təkcə kosmik raket buraxılış layihələri üçün deyil, həm də uzaq mənzilli raket sınaqları üçün istifadə olunacaq.
Bu səbəblə Türkiyəyə Hind okeanı sahili boyunca ərazi ayrılıb və layihənin 350 milyon dollara başa gələcəyi gözlənilir.