AZ

Hindistan: ABŞ və Aİ-nin sanksiyaları əsassızdır

Hindistan ABŞ və Avropa İttifaqının (Aİ) Rusiyadan neft idxalına görə ona qarşı tətbiq etdiyi sanksiyaları "əsassız" adlandırıb.

Bakıvaxtı.az "The Times of India"ya istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Randhir Caysval açıqlama verib. 

O, Hindistanın Rusiyadan enerji idxalının Hindistan istehlakçıları üçün əlverişli və proqnozlaşdırıla bilən yanacaq qiymətlərini təmin etmək üçün əhəmiyyətli olduğunu bildirib. Bu bəyanat ABŞ prezidenti Donald Trampın Hindistanı Rusiya neftinin alqı-satqısına görə əhəmiyyətli tarif artımları ilə hədələməsindən qısa müddət sonra verilib.

"Hindistanı tənqid edən ölkələr özləri Rusiya ilə ticarəti dəstəkləyirlər. Bizim vəziyyətimizdən fərqli olaraq, belə ticarət heç də həyati vacib zərurət deyil. Hindistanın Rusiya neftini aşağı qiymətlərlə almaq qərarı münaqişə başlayandan sonra, ənənəvi enerji təchizatçıları öz axınlarını Avropaya yönləndirməyə başlayanda verilib. O vaxt ABŞ hətta qlobal enerji bazarlarını sabitləşdirmək üçün Hindistanın bu cür alışlarını təşviq etdi", - rəsmi sözçünün bəyanatında qeyd olunub.

Hindistanla müqayisədə Aİ və Rusiya arasında ticarət balansının pozulmasına diqqət çəkərən sözçü vurğulayıb ki, 2024-cü ildə Aİ-nin Rusiya ilə ticarəti 67,5 milyard avro təşkil edib. Bundan əlavə, 2023-cü ildə xidmət ticarəti 17,2 milyard avro dəyərində olub:

"Bu, Hindistanın eyni dövrdə Rusiya ilə ümumi ticarətini əhəmiyyətli dərəcədə üstələyir".

Gülşən Şərif

Seçilən
1
2
bakivaxti.az

3Mənbələr