Bakı. Trend:
5–8 avqust 2025-ci il tarixlərində Türkmənistanın Avaza MilliTurizm Zonasında keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişafEtməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “AzərbaycanMilli Günləri” təşkil olunur. Tədbirlər Azərbaycanın zənginmədəniyyətini, tarixi irsini və incəsənət ənənələrini beynəlxalqauditoriyaya təqdim edir.
Trend xəbərverir ki, Azərbaycan pavilyonu konfrans məkanında ziyarətçilərəaçıq olacaq.
Burada ölkəmizin tarixi və mədəni irsinə dair kitablar,broşürlər, suvenirlər, xalçalar, kəlağayılar və tətbiqi sənətnümunələri sərgilənəcək. Ziyarətçilər qədim sənətkarlıqənənələrimizi əks etdirən əl işləri ilə də tanış olabiləcəklər.
Açıq havada təşkil olunan “Azərbaycanın milli irsinin inciləri”adlı incəsənət sərgisində Azərbaycan Milli Xalça Muzeyininfondundan xalçalar, intarsiya, şəbəkə, zərgərlik, təkəlduz vəkəlağayı nümunələri nümayiş olunacaq. Həmçinin xalça toxuma, şəbəkəsənəti, zərgərlik və kəlağayı hazırlanması üzrə ustad dərslərikeçiriləcək.
Sərgi zonasının kulinariya bölməsində milli mətbəximizin ənənəviyeməkləri və şirniyyatları təqdim olunacaq, ölkəmizinqonaqpərvərliyi və kulinariya ənənələri nümayiş etdiriləcək.
5 avqust tarixində konfransın açılış mərasimi çərçivəsində Qalakonsert təşkil ediləcək. 6 avqustda
“Azərbaycan Milli Günü” münasibətilə möhtəşəm konsert proqramı,8 avqustda isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə yekunQala konserti baş tutacaq.