AZ

Ukraynanın Türkiyədəki səfiri: "Mən elə söz deməmişəm"

Hurriyyet.az xəbər verir ki, Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlala "Türkiye qazetesi" nəşrinin Prezident R.T.Ərdoğanın yaxın zamanda Kiyevə səfər edəcəyi barəsinə məlumatını təkzib edib.

Cəlal deyib: "Türkiyə qəzeti yumşaq deyilsə, informasiyanı təhrif edib. Diqqət yetirin, onlar mənim bu sözü harada dediyimə istinad vermirlər, məndən sitat gətirmirlər. Sadəcə, deyirlər ki, guya mən bunu bəyan etmişəm".

Səfir  əlavə edib ki, həm şəxsən özü, həm də ümumilikdə Ukraynanın Türkiyədəki səfirliyi Ərdoğanın prezident  Zelenskinin dəvəti ilə Ukraynaya səfərinin təşkil edilməsi üçün çalışır. Həmçinin, avqustun 4-də Türkiyənin ticarət naziri ilə görüşündə də, bu dəvəti yenidən bildirib.

Cəlal "Ukrainskaya pravda" nəşrinə açıqlamasında deyib: "Hələlik Ərdoğanın yaxın günlərdə Ukraynaya səfər edəcəyi barəsində heç bir məlumat yoxdur".

Hürr Tərcüman

 

Seçilən
6
1
hurriyyet.az

2Mənbələr