“Liverpul”un yarımmüdafiəçisi Florian Virts karyerasında birlikdə oynadığı ən yaxşı futbolçunun adını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı futbolçu bu barədə suala “Birlikdə oynadığım ən yaxşı oyunçu? Təbii ki, Toni Kroos” cavabını verib.
İyunun 20-də “Liverpul” 2030-cu ilin yayına qədər Virtslə ilə müqavilə bağladığını elan etdi. Yarımmüdafiəçinin maaşı həftəlik 230 min avro olacaq.