Bakıda marşrut avtobusu qəza törədib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonu 8 Noyabr prospektində baş verib.
Belə ki, 12 saylı marşrut xətti üzrə hərəkət edən “Vətən.az” MMC-yə məxsus “İsuzu” markalı marşrut avtobusu idarəetmədən çıxaraq işıqfora çırpılıb.
***
AYNA-dan bildirilib ki, 12 nömrəli marşrut xətti üzrə hərəkət edən “Vətən.az” MMC-yə məxsus avtobus avqustun 4-də 8 Noyabr prospektində qəza törədib. Daşıyıcının məlumatına görə, hadisə nəqliyyat vasitəsi qaraja yollanarkən baş verib və avtobusda sərnişin olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
Hadisə yerindən görüntüləri təqdim edirik: