Futzal üzrə keçiriləcək Yüksək və Birinci liqalarda “Yay transfer pəncərəsi”nin vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti yayıb.
İştirakçı komandalar transfer etdikləri oyunçuları 2 ay ərzində - avqustun 6-dan oktyabrın 6-sı, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.
Yüksək Liqanın startı sentyabrın 18-nə nəzərdə tutulub.