BAKI, 5 avqust. TELEQRAF
“Ermənistanın müstəqil dövlətçiliyini bərpa etdiyi son 34 ildə İran onun qurulması və güclənməsinə kömək etmək üçün Ermənistana əsl dost əlini uzadıb”.
Teleqraf xəbər verir ki, bunu “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədri Xamik Asryan deyib.
Partiya rəhbəri bildirib ki, İran bu gün də Ermənistana dəstək prinsipi ilə çıxış edir:
“Ermənistan hökuməti bunları nəzərə alaraq, İranla ilə hərbi-siyasi ittifaqın yaradılmasına dair və iqtisadi müqavilələr imzalamalı, İranı Ermənistanın həqiqi və təbii hərbi-siyasi dostu kimi qəbul etməlidir. Ardınca Ermənistan İranla birlikdə Ermənistanda Ermənistan-İran hərbi sənaye fabrikləri yaratmalıdır. Ermənistan İranın dəstəyi ilə dəniz və okeanlara çıxacaq.
Ən əsası İrəvan İranla sərhəddə yerləşən Zəngəzur dəhlizini qorumaq üçün İranın düşməni olan özəl ABŞ-nin şirkətinin və faktiki olaraq, Amerika silahlı qüvvələrinin kontingentinin Ermənistana daxil olmasını rədd etməlidir. Bəli, İran Ermənistanın əsl dostu, onun təbii hərbi-siyasi və iqtisadi müttəfiqidir”.