Teleqraf“Şkendiya”nın hücumçusu və kapitanı Besart İbrahimi Sportal.az saytına müsahibə verib. Şimali makedoniyalı forvard bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”a qarşı keçiriləcəyi görüşü haqda danışıb. Avrokuboklarda əvvəllər “Neftçi”(1:0) və “Sumqayıt”(0:2) komandalarına qol vurmağı bacarmış 38 yaşlı futbolçu həmin matçları da xatırlayıb.
- “Şkendiya” FKSB klubunu hər iki görüşdə məğlub etməyi bacardı. Bunu necə reallaşdırdınız? Yəqin ki, evdəki qələbə sizə böyük inam vermişdi?
- Təbii ki, komanda özünəinamlı idi. Biz hər iki görüşə də qələbə üçün çıxmışdıq. Evdəki qələbə kollektivə böyük inam qazandırdı. Səfər matçında da sona qədər oynadıq və qalib gəldik. Tarixi qələbə qazanmağı bacardıq.
- Üçüncü təsnifat mərhələsindəki rəqibiniz “Qarabağ”dır. “Qarabağ” haqda nə düşünürsən, hansı məlumata sahibsən?
- “Qarabağ” çox yaxşı baş məşqçisi olan, çox yaxşı da komandadır. Bu komandanın çox səviyyəli oyunçuları var və biz onlara böyük hörmətlə yanaşırıq. “Qarabağ” oyunun favoritidir. Amma biz yeni sınağa tam hazırıq. Hamımız inanırıq ki, “Qarabağ”I məğlub edə bilərik. Lakin bir daha deyim ki, favorit “Qarabağ”dır, bunu qəbul edirik.
“Qarabağ” bu yay heyətində bəzi dəyişikliklər edib. Amma buna baxmayaraq, klubdan gözləntilər yüksəkdir. Azərbaycanda hamı gözləyir ki, “Qarabağ” “Şkendiya”nı keçməlidir.
- Bəs, Şimali Makedoniyada insanlar nə düşünür?
- Bəli, bizdə də insanlar komandamıza güvənir, etimad göstərir. “Qarabağ” favoritdir, amma məğlubedilməz deyil. Biz meydana inanaraq çıxacağıq. Sona qədər də mübarizə aparacağıq.
- İlk matç Skopyedədir. Bunu özünüz üçün müsbət, yoxsa mənfi hal hesab edirsən? Hər halda, ilk matçda özünəinam qazanmaq mümkündür...
- Ola bilər ki, ilk görüş bizim evimizdədir. Ancaq məncə, bunun heç bir önəmi və fərqi yoxdur. Çünki həm Skopyedə, həm də Bakıda mübarizə aparmalı olacağıq. Ona görə də, bu məqama qətiyyən fikir vermirik.
- Səncə, “Qarabağ”ın ən təhlükəli futbolçusu və ya ən təhlükəli tərəfi hansıdır?
- “Qarabağ”ın ümumilikdə çox yaxşı komanda olduğunu bildirdim. Təbii ki, heyətində çox yaxşı futbolçuları var. Abdullah Zubir və Kadi Borgesi xüsusi vurğulayardım. Ancaq komandada hamısı yaxşı futbolçulardır. Onlara hörmətlə yanaşırıq.
- Maraqlıdır ki, buna qədər “Şkendiya” 2 dəfə Azərbaycan klubu ilə qarşılaşıb və hər ikisində mərhələni adlayan tərəf olub. “Neftçi” və “Sumqayıt”a qarşı görüşləri xatırlayırsan?
- Təbii ki, həm “Neftçi”, həm də “Sumqayıt”a qarşı oyunları yaxşı xatırlayıram. Biz hər iki rəqibə qarşı yaxşı oynamışdıq və mərhələni keçən tərəf olmuşduq.
- Həm “Sumqayıt”a, həm də “Neftçi”yə qol vurmusan. “Qarabağ”la görüşdə bunu etmək mkündür səncə, yoxsa indiki rəqibiniz onlardan daha güclü görünür?
- Əhəmiyyətli olan komanda üçün əlimdən gələnin ən yaxşısını verməkdir. Amma qol vursam belə, bu, bir üstünlük olacaq. Buna görə sevinmək istəyəcəm. Lakin hər şeydən vacibi növbəti mərhələyə vəsiqə qazanmasıdır.
- Yəqin ki, “Şkendiya” “Qarabağ”ı keçə bilsə, artıq Şimali Makedoniyada hamı sizin Çempionlar Liqasında əsas mərhələsinə qədər irəliləməyinizi gözləyəcək? Hansısa təzyiq olacaq?
- Yox, biz tərəfdən təzyiq yoxdur. Biz addım-addım irəliləmək istəyirik. Oyunlara bir-bir davam edirik. Daha sonra zamanın öz axarı ilə getməsinə icazə veririk.
Mirbağırağa
saytlarin hazirlanmasi