AZ

Vaci nə qədər vacibdi?

Bir neçə gün əvvəl “Turan Tovuz”a transfer olunan İbrahima Vaci üçillik fasilədən sonra Azərbaycana qayıtdı. Bildiyiniz kimi, “Qarabağ” seneqallı hücumçunu 2022-ci ilin avqustunda “Sent-Etyen”ə 1,6 milyon avroya satmışdı.

Bəs Vaci Fransanın ən titullu klublarından birində nə ilə yadda qalıb? 51 oyunda 13 qol vurub, 4 məhsuldar ötürmə verib. Son iki mövsümdə zədə üzündən uzun müddət “dincəlib”. 30 yaşını mayda tamamlayan birinin avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq tovuzlular üçün nə dərəcədə vacib olduğu sual doğurur.

Xatırladaq ki, Vaci “Qarabağ”da keçirdiyi 36 oyunda 20 qol vurmuşdu.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
2
football-plus.az

1Mənbələr