AZ

Kamçatka cənub-şərq istiqamətinə YERİNİ DƏYİŞİDİ

Yazını böyüt
Yazını kiçilt

30 iyulda Kamçatkada baş verən güclü zəlzələdən sonra bölgədə ciddi geodinamik dəyişikliklər qeydə alınıb. İlkin məlumatlara görə, yarımadanın cənub hissəsi təxminən iki metr cənub-şərq istiqamətinə sürüşüb.

Hafta.az xəbər verir ki, alimlər bu yerdəyişməni 2011-ci ildə Yaponiyada baş vermiş Tohoku zəlzələsindən sonra müşahidə olunan üfüqi hərəkətlərlə müqayisə ediblər.

Rusiya Elmlər Akademiyasının Kamçatka filialının məlumatına əsasən, Petropavlovsk-Kamçatski şəhəri və ətrafındakı stansiyalarda yerdəyişmə daha zəif olub. Ən böyük dəyişikliklər yarımadanın cənub cinahında müşahidə edilib.

Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət Şimali Kuril şəhərində zəlzələnin daha güclü hiss olunmasını, Petropavlovsk-Kamçatskidə isə təsirin nisbətən zəif qalmasını izah edir.

Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Paralel olaraq, yarımadada Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. Hazırda Kamçatkada yeddi vulkanın aktivliyi müşahidə olunur. Avqustun 3-də Avaçinski, Klyuçevsk, Bezımyannı, Kambalnı və Karımski vulkanlarına Kronotski qoruğundakı Kraşeninnikov vulkanı, avqustun 4-də isə Mutnovski vulkanı qoşulub. /aif.ru/

Seçilən
5
1
hafta.az

2Mənbələr