AZ

Zaur Hüseynovun daha bir kadrı vəzifədən azad edildi

“Bakı Metropoliteni” QSC-nin İnformasiya, kommunikasiya texnologiyaları xidmətinin rəisi Hüseyn Quliyev vəzifəsindən azad edilib.

 

Pravda.az-ın “PostMedia”ya istinadən məlumatına görə, bu barədə qurum sədri Vüsal Aslanov əmr imzalayıb.

 

QSC sədrinin digər əmri ilə Anar Quliyev adıçəkilən xidmətin yeni rəisi təyin edilib.

 

Qeyd edək ki, H.Quiyev 2014-cü ildən bu vəzifəni icra edib. O, bundan öncə isə “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovla birlikdə “Azərişıq” ASC-də işləyib.

 

Tarix: 5 Avqust 2025, 13:10   
Seçilən
26
2
pravda.az

3Mənbələr