AZ

Demet Özdemir cəsur geyimi ilə gecəyə damğa vurdu

Demet Özdemir cəsur geyimi ilə gecəyə damğa vurdu"Eşref Rüya" serialındakı performansı ilə adından tez-tez söz etdirən məşhur aktrisa Demet Özdemir, qatıldığı xüsusi tədbirdə transparan detallı qara libası ilə gecənin ən çox diqqət çəkən simalarından biri olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, şıq və cəsarətli tərzi ilə gecəyə damğa vuran aktrisa sosial mediada da geniş müzakirələrə səbəb olub.

Özdemir gecəyə qara, transparan detallarla işlənmiş və bədən xətlərini incəliklə vurğulayan libasla qatılıb. Qırmızı xalçadakı gəzintisi zamanı libas fotoqrafların da, dəvətlilərin də maraq mərkəzinə çevrilib.

Tədbirdə iştirak edən moda mütəxəssisləri və stilistlər aktrisanın seçimini "cəsur və modern" adlandırıb. Sosial mediada isə rəy bölünmələri yaranıb – bir qrup bu görünüşü "modanın cəsarətlə qovuşduğu an" kimi dəyərləndirib, digərləri isə libası "həddən artıq iddialı" hesab edib. Xüsusən də libasın sinə nahiyəsindəki illüziya effekti yaradan dizayn sosial şəbəkə müzakirələrinin əsas mövzusu olub.

Seçilən
16
sonxeber.az

1Mənbələr